Damla daha bir yeniliyə imza atdı
Tarix: 9-04-2018, 13:15



Müğənni Damla yeni klip çəkdirib. UlduzumSan.Az bildirir ki, bu haqda ifaçının özü açıqlama verib: "Yeni "Xəncər "adlı mahnımı ekranlaşdırdım. Klipi çalışqan rejissorum Cavid çəkib. Artıq ekran işi hazırdır. Klipi aprelin 12-də verilişlərin birində tamaşaçıların ixtiyarına verəcəm".
Klipi lentə alan rejissor Cavid də fikirlərini bildirib: "Damla xanım hörmət etdiyim ifaçıdır. O, mənim sənətimə çox inanır. Sevinirəm ki, Damla xanım gördüyüm işləri bəyənir. Ümid edirəm ki, bu dəfəki iş birliyimiz də uğurlu olacaq".
Qeyd edək ki, "Xəncər" adlı mahnının sözləri və musiqisi Elçinə, aranjemanı İlkin Həsəniyə aiddir.

Paylaş: