“Eurovision” təmsilçimizin üç obrazı…
Tarix: 9-04-2018, 10:39



Şənbə günü Rusiyanın paytaxtı Moskvada “Eurovision party” təşkil edilib. “Qafqazinfo” xəbər verir ki, gecədə Azərbaycanı bu il müsabiqədə təmsil edən Aysel Məmmədova da çıxış edib. 
O, əvvəlcə qırmızı xalça üzərinə çıxaraq kameralara poza verib, jurnalistlərin suallarını cavablandırıb. 
Tədbirdə Azərbaycanın “Eurovision 2016” təmsilçisi Səmra Rəhimli də çıxış edib.  Bundan əlavə, konsertdə Rusiya, Ermənistan, Moldova və Maltadan olan iştirakçıları müsabiqə üçün hazırladıqları mahnılarını ifa ediblər. 

Tədbiri “Jara TV” canlı olaraq yayımlayıb. 
Aysel Məmmədova Rusiyadan sonra İsraildə keçirilən “Israel Calling 2018” adlı musiqili gecədə iştirak edib. Həmin tədbirə də demək olar ki, müsabiqənin bütün iştirakçıları qatılıb. 
 





Paylaş: