Dilarə Xatun və Rəqsanəni bəyənmədi, Günaya isə məsləhət verdi
Tarix: 9-04-2018, 10:16



Müğənni Dilarə Kazımova “ATV maqazin 10larla” verilişinin “Hit parad” rubrikasında qonaq olub.
İfaçı Murad Ariflə olan duetini bəyənməyən həmkarı Xatun Əliyeva haqda fikirlərini bildirib:
“Xatun xanımın mahnısı mənim zövqümdə deyil. Amma deyə bilmərəm ki, pis mahnıdır. İnanıram ki, ona qulaq asanlar var”.
O, daha sonra xalq artisti Aygün Kazımova və müğənni Rəqsanə İsmayılovanın ifaları arasında da seçim edib:
“İki ifaçı mahnını oxusa belə, mənim üçün Aygün xanımın ifası hər zaman öndə və ürəyimcə olacaq. ”
Dilarə Kazımova sonda Günay İbrahimlini hit paraddan uzaqlaşdırıb. O, bunu belə izah edib:
“Günay sənətə təzə gələndə səsi çox xoşuma gəlirdi. O, Lara Fabianın  “Je T’Aime” mahnısını ifa etmişdi bəyənmişdim. Sözügedən mahnı üçün çox böyük diapzon lazımdır. İstərdim ki, Günay xanım öz səsini daha da göstərsin. Necə ki, illər öncə göstərmişdiz”.
Prime-Time



Paylaş: