Rejissor debütü: gənc kinematoqrafçılar dram-dedektiv çəkdilər
Tarix: 9-04-2018, 09:21



Gənc azərbaycanlı kinematoqrafçılar Bakıda "Qaranlıq" filmini təqdim edəcəklər.
Filmin rejissoru və ssnenari müəllifi Kənan Zeynalov bildirib ki, film dram-dedektiv janrında çəilib.
"Filmin premyerası 18 aprel tarixində baş tutacaq. Bakı kinoteatrlarında film 19 aprel tarixində nümayiş olunacaq. Mən filmin ssenarisini 2015-ci ildə yazmağa başladım və keçən il bunu bitirdim", - deyə Zeynalov bildirib.





Filmin rejissorunun sözlərinə görə, filmdə Azərbaycanın Xalq artisti Ramiz Məlik, əməkdar artist Gülşad Baxşiyeva, Murad İsmayıl, Faiq Mirzəyev, Əzizağa Əzizov, Nərmin Hüseynova çəkiliblər.



"Filmdə əsas rolu Lalə Hüseynzadə oynayıb. Lalə peşəkar olmayan bir aktrisa idi, amma bu rolu rejissor və ssenarist kimi ona həvalə etdim", - deyə K. Zeynalov bildirib.





Rejissor əlavə edib ki, peşəkarlıq səviyyəsinin çox yüksək olduğunu nəzərə alsaq Ramiz Məlikin də iştirak etdiyi bu setdə aktyorlarla işləmək rahat və xoş idi.
K.Zeynalov vurğulayıb ki,əsas diqqət filmin çəkilişinə yönəlmişdi, kadr arxasında isə 4-5 nəfər çalışıb.
"Filmin özü, hər hansı bir sponsorun köməyi olmadan ərsəyə gəldi", deyə rejissor bildirib.
K.Zeynalov əlavə edib ki, onlar filmin uğur qazanacağına ümid edirlər və ictimaiyyətin rəyini gözləyirlər.






Filmdə Fərrux obrazını canlandıran Xalq artisti Ramiz Məlik də gənc kinematoqrafçılarla işbirliyi ilə bağlı təəssüratını paylaşıb. Xalq artisti bildirib ki, gənclər çox istedadlıdır.
"İnanıram ki, belə qabaqcıl gənclərlə böyük gələcəyə sahib olacağıq", deyə Xalq artisti filmin gənc yaradıcılarına yeni layihələrdə və film sənayesində uğurlar arzulayıb.


novosti.az

Paylaş: