İntiqam Hacılının filmi təqdim olunacaq
Tarix: 6-04-2018, 16:59



Aprelin 7-də saat 15-də Səda Teatrında rejissor İntiqam Hacılının "Atam, anam, bir də mən" sənədli filminin  təqdimatı keçiriləcək.
 
Kulis.azın verdiyi xəbərə görə, filmin operatoruluğu və montajı rejissorun özünə məxsusdur. Film İ.Hacılının kənddə ata-anası ilə necə yaşadıqlarından bəhs edir. Filmin rəng korreksiyasını Habil Muğanlı işləyib.
 
Qeyd edək ki, bu film İntiqam Hacılının sənədli kinoda ilk işidir. Hazırda rejissor ikinci filmi üzərində işləyir.

Paylaş: