“YouTube” tarixinin ən çox izlənən videosu - "DESPACİTO"
Tarix: 6-04-2018, 14:55



Puerto Riko ifaçıları Luis Fonsi və Deddi Yankinin “Despacito” mahnısının klipi rekord izlənmə sayı əldə edib.
 
İKT.lent.az-ın xəbərinə görə, 2017-ci ilin yanvarında “YouTube”da yerləşdirilən klipin izlənmə sayı 5 milyardı ötüb. Beləliklə, “Despacito” “YouTube” tarixinin ən çox izlənən videosu olub.     
 
Klip ötən ilin avqustunda 3 milyard, dekabrında isə 4 milyard baxış toplamışdı.



Paylaş: