Tramp iki aylıq səssizliyini pozdu: “Porno ulduza pul verilməyib”
Tarix: 6-04-2018, 12:10



ABŞ prezidenti Donald Trap porno ulduz Stormi Deniels ilə bağlı ilk dəfə açıqlama verib.
 “Ölkə.Az” xəbər verir ki, Tramp, Denielsə susmaq üçün pul verildiyi barədə iddiaları rədd edib.
Prezident təyyarəsində jurnalist suallarına cavab verən Tramp 2016-cı ildə vəkilləri vasitəsilə Stormiyə “susmaq payı” verildiyi barədə iddianı yalanlayıb, belə bir şey olmadığını deyib.
Amerika lideri eyni zamanda “Maykl Kohendən soruşun. Mənim vəkilim Maykldır. Ondan soruşun” deyib.

Paylaş: