Zümrüd: “Yoldaşım evlənəcək, övladımın ögey anası olacaq…”
Tarix: 6-04-2018, 09:48



Aparıcı və aktrisa Zümrüd Qasımova ATV-də yayımlanan “Bizimləsən” verilişində şəxsi həyatı ilə bağlı açıqlamalar edib.
O, xəstəliyi barədə danışıb:
“Hərdən problemlərim olur, şübhələnirəm ki, xəstəliyim yenidən qayıda bilər. Amma tez-tez yoxlamalara gedirəm. Hətta deyirlər ki, bu xəstəliyə qalib gələn insanlar digərlərindən daha çox yaşayır. Çünki bir yeri ağrayan kimi, həkimə qaçırlar. Çox şükür sağlamam. Bu mənim üçün çox çətin imtahan idi. Artıq 7 il keçib”.
Aktrisa övladının olmamasını belə izah edib:
“Övladım yoxdur. İlk 5 ildə mənə dedilər ki, övlad dünyaya gətirmək olmaz. Xəstəliyimlə bağlı 5 il dərman qəbul edirdim.
Həmin müddət keçəndən sonra düşündüm ki, daha ana ola bilmərəm. Amma fikirləşdiyim kimi olmadı. Bir də gördüm ki, ana olmağa hazırlaşıram. Türkiyəli həkimlərin dediyi sözlər yadıma düşdü. Mən ya öz həyatımı ya da uşağı seçməli idim. Xəstəliyim 3-cü dərəcəli olduğu üçün çox riskli idi.
Övladımın olmamasına sevimirəm, onun xəstəliyimin birinci daşıyıcısı olmasını istəmirəm. Çünki mənim başıma gələndə anama suallar verirdim. Nənənmin o qədər nəvəsi olduğu halda niyə onun xəstəliyi mənə keçdi?
Uşaq bətnimdə artıq 1 aylıq ikən Allah elə etdi ki, o tələf oldu.  İkinci dəfə hamilə qalmaq istədim, amma risk etmədim. Özümü ona məğlub etdim. Mən artıq ana ola bilmərəm, amma uşaq götürüb sağlaya bilərəm.
Mənim yoldaşım çox gözəl insandır. Bütün bunlara baxmayaraq yanımdadır. Mənə deyir ki, “Sən olmasan o uşağı nə edirəm?” Həm də mən olmayandan sonra o uşaq kimə lazımdır? Yoldaşım evlənəcək, övladımın ögey anası olacaq, uşaq natamam qalacaq.
Bacım uşaqları elə mənim uşaqlarımdır. Misal üçün bu yaxınlarda bacım qızı dünyaya gələcək adını Zümrüd qoyacaqlar. Təklif edirlər ki, onu götürüb saxlayım. Razılaşmıram. Deyirəm ki, qoy sizdə qalsın, onun üçün nə lazımdırsa edərəm”.
Prime-Time

Paylaş: