“Bu şəhərdə” Cocuq Mərcanlıda
Tarix: 5-04-2018, 12:23



“Bu şəhərdə” komandası Cocuq Mərcanlıda konsert verib. UlduzumSan.Az-ın məlumatına görə, bu barədə “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşviq Abbasov "İnstagram" səhifəsində məlumat verib: "Əməkdar artistlər Rafael İsgəndərli və Coşqun Rəhimov Lələ Təpənin alınmasının iki illiyi ilə bağlı əsgərlərlə görüşüb. Onlar bu konsertlə Cocuq Mərcanlıda ilkə imza atıblar. Belə ki, bu günə kimi orada belə bir tədbir təşkil olunmamışdı. İlk konserti biz verdik və ümid edirik ki, bizdən sonra çoxları gedib əsgərlərlə görüşəcək, onları növbəti qələbələrə ruhlandıracaqlar”.
R.İsgəndərli və C.Rəhimov konsertdən sonra əsgərlərlə birlikdə yemək yeyiblər, daha sonra qəsəbəni gəziblər.
“Bu şəhərdə”nin Cocuq Mərcanlı səfərindən görüntüləri təqdim edirik:



Paylaş: