Məşhur Sovet müğənnisi xəstəxanaya yerləşdirildi
Tarix: 5-04-2018, 10:43



SSRİ-nin xalq artisti Edita Pyexa xəstəxanaya qaldırılıb.
 
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur müğənni bronxitdən əziyyət çəkir.
 
Sant-Peterburq xəstəxanasında müalicə görən Edita Pyexa hər şeyin qaydasında olduğunu deyir: “Tezliklə yaxşılaşacam”.
 
Xatırladaq ki, Edita Pyexa məşhur estrada müğənnisidir, bir neçə dəfə həm yerli, həm də xarici mükafatlara layiq görülüb.

Paylaş: