Maykl Ceksonun kiçik qızı böyüdü
Tarix: 5-04-2018, 10:31



Pop musiqisinin məşhur ulduzu Maykl Ceksonun qızı Parisin son fotoları üzə çıxıb.
“Ölkə.Az” xəbər verir ki, Paris Cekson uzun müddət mətbuatdan uzaq qalıb.
Maykl Ceksonun bu fotosu ilə xatırladığımız kiçik Paris indi 20 yaşındadır.
Maykl Ceksonun Debii Rov ilə olan münasibətindən 1998-ci ildə dünyaya gələn Paris atası sağ olanda kameralardan uzaq yaşayırdı.
Hətta Maykl Paris və digər övladlarının üzünü maqazin mətbuatından uzaq tutmaq üçün əsasən şal ilə örtürdü. Uşaqlar evdə təhsil alırdılar.
Atası öldükdən sonra müsahibə verən Paris bunun, atasının onlara normal bir uşaqlıq dövrü yaşatmaq istədiyindən etdiyini bildirib.




Paylaş: