Ermənilər Nadiri öldürməklə hədələdi
Tarix: 5-04-2018, 09:56



Müğənni Nadir Qafarzadə oxuduğu gündən bəri qalmaqallara səbəb olan “Maral” mahnısının tarixindən danışıb.
Gununsesi.info-ya açıqlama verən müğənni bildirib ki, “Maral” azərbaycanlılara məxsusdur:
“Bu mahnını ilk dəfə Türkiyənin Qarş şəhərində yaşayan Azərbaycan kökənli insanlar oxuyub. Bu mahnı orada yaranıb. Sözləri Ərtoğrul Polad, musiqisi ilə Murad Kılıça aiddir. 2007-ci ildə “Maral”ı Türkiyədə yaşayan Azər Bülbül adlı ifaçı oxuyub. Sonradan isə Dilək Şimşək adlı bir xanım oxudu.
Amma “Maral” onların ifasında uğur qazana bilmədi. 2013-cü ildə isə bu mahnını mən ifa elədim. Mahnı demək olar ki, dillər əzbəri oldu. Mən bu mahnını oxuyanda onun bəstəkarı istəyirdi məni məhkəməyə versin. Amma sonra həmin şəxslə problemləri həll etdik, halallaşdıq”.
Nadir Qafarzadə onu da bildirib ki, İnstaqramda “Maral”ın erməni mahnısı olduğunu deyən vizajist Anjelika Abramyanın videosunu paylaşdıqdan sonra ermənilər onu ölümlə təhdid ediblər:
“Erməni vizajist Anjelika Abramyan “Maral”ın ermənilərə aid olduğunu qeyd edib. Mən səhərdən telefonda ermənilərlə döyüşürəm. İnstaqramda mənə yazıb, hədə-qorxu gəlirlər. Hətta mənim Moskvadakı dostlarıma da zəng edirlər ki, biz Nadiri aradan götürəcəyik. Həm erməni vizajistin videosunu paylaşdığıma görə, həm də azərbaycanlıların vizajisti söyməsinə görə məni təhdid edirlər. Onlar istəyirlər mənim səhifəmi bağlasınlar. Mən də İnstaqram hesabımın gizliliyinə dəyişiklik etdim. Yalnız izləyicimlərim görür paylaşdığım video, şəkilləri. Vizajistin videosunu paylaşdıqdan sonra mənə dostluq təklifi atanların demək olar, hamısı ermənilər idi. Bayaqdan 450 nəfəri İnstaqramda qara siyahıya atmışam”.
Qeyd edək ki, vizajist Anjelika İnstaqram səhifəsində Nadir Qafarzadənin ifa etdiyi “Maral” mahnısını oxuyaraq, “Sizin istəyinizlə erməni mahnısı. Oxuyur: Tiqran Asatryan, “Tanem-tanem” sözlərini yazıb. Nadir Qafarzadə isə həmin görüntüləri paylaşaraq, vizajisti sərt tənqid edib.

Paylaş: