Nüşabə Ələsgərli elmi dərəcə aldı — AÇIQLAMA
Tarix: 4-04-2018, 16:45



Tanınmış müğənni, əməkdar artist Nüşabə Ələsgərli elmi dərəcə alıb.
 Bu barədə "Ölkə.Az"a əməkdar artist özü açıqlama verib. Onun sözlərinə görə, hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorudur:
"Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. 2016-cı ildə müdafiə etmişəm. Ancaq doktorantura barədə düşünmürəm. Bu, mənə yetərlidir. Ancaq gələcəkdə hər şey ola bilər".
Qeyd edək ki, N.Ələsgərli əfsanəvi bəstəkar Şəfiqə Axundovanın yaradıcılığı ilə bağlı elmi iş yazmışdı. Sabah Nüşabə Ələsgərli ilə geniş müsahibəni saytımızda oxuya bilərsiniz.

Paylaş: