"Məni qəbul etməsə də olar" — Meyxanaçı Samirə
Tarix: 4-04-2018, 15:27



Meyxanaçı-müğənni Samirə Yusifqızı 25 ildir üzünü görmədiyi qardaşı barədə danışıb.
Sənətçi "Ölkə.Az"a açıqlamasında bildirib ki, qardaşının onu qəbul etməməsindən narahat deyil:
"Qardaşım tapılsın, məni qəbul etməsə də olar. Əsas odur ki, uzaqdan da olsa, qardaşımı görüm. Çünki o mənim yeganə qardaşımdır. İnsan yaşlandıqca doğmalarına daha çox ehtiyac duyur".
Qeyd edək ki, S.Yusifqızı qardaşı Fərhadın axtarışıyla bağlı "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib.

Paylaş: