Demet bu dəfə Sedayla düşmən oldu
Tarix: 4-04-2018, 12:25



Türkiyənin məşhur ulduzu Demet Akalınla Seda Sayan arasında gərginlik yaranıb. “Qafqazinfo” xəbər verir ki, onların bu dəfə Hande Yenerə görə küsdüyü iddia olunub.
Belə ki, Sedanın Afrinə gedərkən Hande ilə səmimi fotolar çəkdirməsi Akalını əsəbiləşdirib. O, rəfiqəsinin düşməni ilə bir arada olmasını həzm edə bilməyib.  Demet Seda Sayana etirazını istaqramda bildirib, onu təqibdən çıxarıb. 
Qeyd edək ki, Seda bir müddət əvvəl proqramında Demet və əri Ozan Kurtu verilişinə dəvət etmişdi.  Akalının bioqrafiyası ilə bağlı verilən sujetdə keçmiş sevgilisi İbrahim Kutluayın göstərilməsi pop ulduzu əsəbiləşdirmişdi.
Akalın Sedanı istaqramdan çıxarmışdı, qarşı tərəf üzr istəmiş, münasibət bərpa olunmuşdu. 

 
 



Paylaş: