"Sənin başını kəsərəm" — Baloğlan Əşrəfov aparıcını hədələdi
Tarix: 4-04-2018, 11:58



Əməkdar artist Baloğlan Əşrəfov canlı efirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini hədələyib.
 "Ölkə.Az"ın məlumatına görə, "Onda başladıq" verilişində qonaq olan müğənni aparıcını başını kəsməklə hədələyib:
"Mən heç vaxt Üzeyir bəyi tənqid etməmişəm. Üzeyir bəy Şərq aləminin musiqi peyğəmbəridir. Danışığına fikir ver, sənə axırıncı dəfə xəbərdarlıq edirəm. Bu sözə görə sənin başını kəsərəm".

Paylaş: