Qalmaqal: Azərbaycanın əməkdar artistini Londonda zaldan qovdular
Tarix: 4-04-2018, 09:22



Rusiyalı opera müğənnisi Anna Netrebko, onun həyat yoldaşı, Azərbaycanın əməkdar artisti Yusif Eyvazov və cütlüyün övladını Londonun "Şahzadə Eduard" teatrına tamaşaya buraxmayıblar. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə Netrebkonun özü məlumat yayıb.
O bildirib ki, öncədən "Ələddin" şousuna bilet alıb. Lakin sonradan məlum olub ki, bu biletləri başqa kiməsə də satıblar.
"Dünən Lester-skverdə 600 avroya aldığımız biletlər etibarsız çıxdı" — Netrebko yazıb.
Onun sözlərinə görə, Netrebkonun ərini və oğlunu sözün əsl mənasında zaldan qovublar.


Paylaş: