KQB Flora Kərimovanı niyə izləyirdi?
Tarix: 4-04-2018, 08:44



Flora Kərimovanın hər ifası bir aktyordan ibarət teatrdır.
Bu sözləri korifey müğənnimiz Rəşid Behbudov deyib.
Yüksək ifa mədəniyyətinə, ecazkar səsə malik Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Doğum gününün tarixi Ağdamın işğal olunması ilə üst-üstə düşdüyündən Flora xanım o gündən bəri ad günü keçirmir və Ağdam azad olunmayana qədər bu tarixi qeyd etməyəcəyini deyir.
Flora xanım 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 3 il akuşer-ginekoloq işləməsinə baxmayaraq, musiqiyə olan həvəsi gənc Floranı Konservatoriyaya gətirir və o, sürətlə parlamağa başlayır.
Xanım Kərimova onlarla filmi, tamaşanı səsi ilə xalqa sevdirən sənətkardır. O, "Böyük dayaq", "Alma almaya bənzər", "Evləri köndələn yar" və digər filmlərdə ifa etdiyi mahnılarla yaddaşlara həkk olunub. Sənətkar "Qanun naminə", "Həyat bizi sınayır", "Yollar görüşəndə" bədii filmlərində maraqlı obrazları canlandırıb.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:



Paylaş: