Məhkəmə Bülent Ersoyu cəzalandırdı
Tarix: 3-04-2018, 18:06



Müğənni Lerzan Mutluya “Sənin canlı efirinə hücum edərəm” deyərək hədələyən Bülent Ersoyun məhkəməsi yekunlaşıb.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflərin qatılmadığı məhkəmə Ersoyu cəzalandırıb. 

O, Mutlunu şantaj etməsi səbəbindən 900 lirə (təxminən 450 manat) pul cəzasına məhkum edilib. Bülentin vəkili müvəkkilinin sözlərinin hər hansı həyati təhlükə daşımadığını desə də, məhkəmə qərarını dəyişməyib.

Paylaş: