Lalə Azərtaş "ATV səhər"dən getdi
Tarix: 29-03-2018, 18:15



Aparıcı Lalə Azərtaş "ATV səhər” verilişindən gedib.
 
Artıq bir neçə gündür ki, səhər saat 08:00-da başlayan proqramda o, yer almır.  
 
Onun yerinə isə verilişi əməkdar artist Əkbər Əlizadə ilə birlikdə Jalə Həsənli aparır.
 
Qeyd edək ki, L.Azərtaş 5 illik fasilədən sonra bu ilin yanvarından səhər efirinə qayıtmışdı. O, əvvəl proqramı tək aparsa da, sonradan Ə.Əlizadə ilə birlikdə efirə çıxıb.

Paylaş: