Məleykə Əsədova və Ramiz Məlikin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb
Tarix: 29-03-2018, 17:05



 Xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiirləcək iclas aprelin 8-nə təyin edilib.
Şikayətə hakim Etibar Nəbiyevin sədrliyi ilə baxılacaq.
Məlumatı M.Əsədovanın vəkili Ceyhun Yusifov "Report"a təsdiqləyib. Müdafiəçi bildirib ki, apellyasiya şikayətində müvəkkilinin 200 min manat məbləğində təzminatının təmin edilməsi istənilir.
R.Məlik isə apellyasiya şikayətində 300 min manat məbləğində təzminat iddiasının təmin edilməsini istəyir.
Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.
R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.
Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikaytəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Paylaş: