Rəqsanənin qızı anasının müdafiəsinə qalxdı: “Yoxluğundan istifadə edərək…”
Tarix: 29-03-2018, 12:58



Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova və müğənni Rəqsanə İsmayılova arasında qalmaqal yaşanır.
Xalq artistinin R.İsmayılovanın “İntizar” mahnısını “Hardasan” adı ilə təqdim etməsi müzakirələrə səbəb olub.
Məsələyə Rəqsanə İsmayılovanın qızı  Aysun da qarışıb. Anasının mahnısının səhifələrdən birində paylaşıldığını görən Aysun buna münasibət bildirib:
“Bu mahnı yeni deyil. İllər öncə Rəqsanə İsmayılova ifa edib və mahnı anamındır. Son zamanlar yoxluğundan istifadə edərək bir çox məşhurlar onun bəstələrindən istifadə edir. Demək ki, Rəqsanə İsmayılova illərlə efirə çıxmasa  belə yaddaşlardan silinməyib”.
Prime-Time



Paylaş: