Məşhur aktrisa vəfat edib
Tarix: 29-03-2018, 10:55



Fransız aktrisa Stefan Odran vəfat edib.
 
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda mətbuata onun oğlu Tom Şabrol məlumat verib.
 
85 yaşlı aktrisa martın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
 
Odran keçmiş əri Klod Şabrolun filmlərində oynadığı rollarla məşhur idi. Stefan Odran həmçinin ispan rejiaaoru Luis Bünüelin də filmlərinə çəkilib. Aktrisa ən çox “Burjuaziyanın mütəvazi cazibəsi” filmindəki rolu ilə xatırlanır.

Paylaş: