Açıq-saçıq paltarına görə tənqid edilən Xatirə İslam: "Utanıram..."
Tarix: 29-03-2018, 10:52



Müğənni Xatirə İslam Xəzər TV-də yayımlanan "5/5" verilişinin qonağı olub. 

BiG.AZ xəbər verir ki, ifaçı son günlər müzakirə edilən səhnə paltarı haqqında danışıb.

Aparıcı Zaur Kamal canlı efirdə sosial şəbəkədə Xatirəyə paltarla bağlı yazılan şərhləri səsləndirib. 

"Bəsdirin də... O qədər oğlan kimi xasiyyətim var ki, hərdən açıq-saçıq geyimlərimdən özüm də utanıram. Özümə deyirəm ki, az, bəs deyil? Amma o da lazımdır, səhnə bunu istəyir. Elə məkan var onun yeri yoxdur. Elə səhnə var ki, o paltarı istəyir. Adi həyatda yayda şortik də geyinmişəm".

Paylaş: