Məşhur müğənni evində ölü tapıldı
Tarix: 28-03-2018, 15:54



Cənubi Koreyanın məşhur qrupu “100%”in solisti So Min Vu dünyasını dəyişib. 

BiG.AZ xəbər verir ki, 33 yaşlı müğənninin cəsədi Seulda evində tapılıb. Ölümün rəsmi səbəbi hələlik açıqlanmır. Həkimlər Sonun ürəyinin dayanmasından şübhələnir. So Min Vu ailə qəbiristanlığında dəf olunacaq. Müğənninin ölümü sevənlərini dərin kədərə qərq edib. 

Paylaş: