Aygündən “Ətim töküldü” deyən Röyaya cavab
Tarix: 28-03-2018, 14:53



Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxan arasında yaşanan qalmaqal yenidən qızışıb.
Musavat.com xəbər verir ki, ötən gün Aygün 2002-ci ildə Heydər Əliyev Sarayında baş tutan “Gələrsiz-görərsiz” adlı konsertdən video-görüntü paylaşıb və küsülü olduğu Röya, Kamran Həsənli, Tünzalə Ağayeva, yeni barışdığı Natavan Həbibi və Elnarə Xəlilovanı işarələyib. Onun paylaşımına Natavan və Elnarə xoş sözlər yazıb. Xalq artistinin jestinə Röyanın cavabı gecikməyib. Ayxan “İnstagram” səhifəsində sözügedən məlumatı paylaşaraq “Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr” sözlərini yazıb.
A. Kazımova isə əməkdar artistin cavabını “Sus!” sözü ilə verib.
Sözügedən atışmaların ikili arasındakı qalmaqalı daha da qızışdıracağı iddia olunur.



Paylaş: