Tanınmış model-aparıcını 5 ilədək həbs gözləyir
Tarix: 28-03-2018, 10:54



Tanınmış model-aparıcı Çağla Şikelin 5 ilədək həbsi istənilir.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kimi modelin vergidən yayınması göstərilir. 2013-cü ildə saxta çek sənədlərindən istifadə edərək vergi ödəmələrində saxtakarlığa yol verən Çağladan İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edilib.
Şikel bir müddət əvvəl də 1 milyon lirəyədək (təxminən 500 min manat) vergi borcu ilə üzləşmiş, buna görə mühasibini günahlandıraraq ondan şikayət ərizəsi vermişdi. Modelin mühasibi Erdal D. hələ də axtarışdadır.

Paylaş: