“Qoşa qanadlarımızın dəyərini…” - Tünzalə atasından yazdı
Tarix: 28-03-2018, 10:51



Əməkdar artist Tünzalə Ağayeva bir neçə gün bundan əvvəl dünyasını dəyişən atası ilə bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, müğənni instaqram səhifəsində yeni təqdim etdiyi “Qoşa qanad” mahnısını izləyiciləri ilə bölüşüb. 
Tünzalə paylaşıma belə şərh verib:“Ailəmin üzüntüsünü paylaşan hər bir kəsə könüldən minnətdaram. Allah sizdən razı olsun, yaxşı ki varsız. Qoşa qanadlarımızın dəyərini onlar sağ ikən bilək. Allah atalarımızın axirətini versin”.
Qeyd edək ki, uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkən Qabil Ağayev martın 26-da vəfat edib və Bakıda dəfn olunub. 

Paylaş: