Rusiyalı məşhur dirijor Bakıya gələcək
Tarix: 27-03-2018, 10:36



Bu il aprelin 14-də Heydər ƏliyevSarayında Rusiyanın tanınmış dirijoru İqor Ponomarenkonun rəhbərliyi altında simfonik orkestrin konserti baş tutacaq.
"Report"un Rusiya bürosunun məlumatına görə, "Simfonik Rok Hitlər" şousunun proqramına müasir yüksək səviyyəli peşəkar musiqiçilərin rok ifaları daxildir: skripkaların bolluğu, altların sərt səsləri, violançelin şarmı, kontrabasın gücü və barabanların rok-n-roll drayvı.
İ.Ponomarenkonun "IP orchestra" layihəsi yalnız Rusiyada deyil, həm də yaxın və uzaq xarici ölkələrdə də brenddir. Kollektiv 5 qitədə, dünyanın ən yaxşı səhnələrində çıxış edib, tənqidçilər və tamaşaçılardan tərif qazanıb. Orkestrin dirijoru və yaradıcısı olan İ.Ponomarenko klassik musiqi dünyasında tanınan simadır. 

Paylaş: