Xuraman yolda qaldı, maşınını polis təmir etdi
Tarix: 11-07-2017, 11:02



Yol polisinin əməkdaşı müğənni Xuraman Şuşalını çətin vəziyyətdən xilas edib.
Qaynarinfo.az xəbər verir ki, müğənninin avtomobilinin təkəri boşalıb. Bu zaman onun köməyinə yol yolisi əməkdaşı yetişib.
Xuraman həmin polis əməkdaşı ilə şəkil çəkdirərək İnstaqram hesabında paylaşıb və bu sözləri yazıb:
"Nurəddin bəy bizi yolda tək qoymadı. Maşının təkərinin təmiri üçün əlindən gələni əsirgəmədi və millətə həqiqi xidmət edən gözəl insan kimi yaddaşımızda qaldı".




Paylaş: