Təranə Qumral və Könül Kərimova arasında qalmaqal
Tarix: 24-03-2018, 12:09



Ötən gün “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişində qalmaqal yaşanıb.
Proqramın ilk hissəsinin qonaqları Təranə Qumral və Musa Musayev cütlüyü olub. Verilişin irəliləyən dəqiqələrində isə efirə daha bir neçə qonaq qatılıb. Onların sırasında müğənni  Könül Kərimova da olub.
Lakin o, T.Qumral və M.Musayev cütlüyü ilə eyni proqramda olmaqdan imtina edib. K.Kərimova telefon vasitəsilə aparıcı Zaur Kamala bu sözləri deyib:
“Məni niyə onlarla birgə dəvət etmisən? Onlarla bir yerə gələ bilmərəm. Gözləyirəm onlar getsin, sonra  gələrəm”.
Təranə Qumral həmkarının sözlərinə belə cavab verib:
“Belə çıxır ki, bunlar məndən qorxurlar. Məni verilişə dəvət etsəydilər kimliyindən asılı olmayaraq gələcəkdim.  Nüşabə Ələsgərli, Könül Kərimova  hətta rəfiqələri Nazənin də burada otursaydı, mən verilişə qatılardım. Bura heç kimin atasının igamətgahı deyil”.
Verilişin ikinci hissəsində vəziyyət daha da gərginləşib. Könül Kərimova  Təranə Qumral və Musa Musayevin çəkilişinin bitdiyini görüb çəkiliş meydançasına gəlib. Lakin gözləmədiyi anda T.Qumral telefonunu unutduğunu deyərək yenidən efirə qatılıb. Bunu görən K.Kərimova aparıcını düzgün hərəkət etməməkdə ittiham edərək efiri tərk edib:
“Mənim hər kəsə hörmətim var, amma sən bizi üz-üzə qoymaqla düzgün hərəkət etmədin. Bizə xalq baxır və elə şeylər var ki, efirdə həll olunmur. Səhnə arxasında olsaydı bu başqa məsələ olardı. Biz də insanıq. Bizim də ürəyimiz var”.
T.Qumral isə Könül Kərimovanın bu hərəkəti niyə etdiyini anlamadığını bildirib:
“Başa düşə bilmirəm Könülün mənimlə nə problemi var axı? Mənim heç kimlə heç bir problemim yoxdur”.
Qeyd edək ki, Musa Musayev Könül Kərimovanın illərdir işbirliyi qurduğu Cabbar Musayevin qardaşıdır və onlar qatı düşməndirlər. Qardaşların arasında olan düşmənçilik isə M.Musayevin Təranə Qumralla ailə həyatı qurmasıdır. Sözügedən evliliyi Musayevlər ailəsinin heç bir üzvü dəstəkləmir.
Kərimova ilə Qumralın üzə-üzə gəlməsininin digər səbəbi isə müğənni Nazənindir. Belə ki, Nazənin Təranə Qumralla uzun illərdir düşmən, Könül Kərimova ilə isə yaxın rəfiqədir.

Paylaş: