Manafdan qohumunun qəzaya düşmə xəbərinə - Reaksiya
Tarix: 11-07-2017, 10:23



Tanınmış müğənni Manaf Ağayev qohumunun qəzaya düşməsi barədə yayılan xəbərə münasibət bildirib. 
İfaçı “Qafqazinfo”ya açıqlamasında qəzaya düşən Ağayev Mahir Zahid oğlunun qohumu olmadığını söyləyib:
“Mənim belə ad, soyadlı qohumum yoxdur, yayılan xəbərlər yalandır, əsassızdır”. 
Xatırladaq ki, APA-nın yaydığı məlumatda sənətçinin qohumu Hacıqabul-Horadiz magistralında “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. 

Paylaş: