Tanınmış aparıcı ikinci dəfə ərə gedir
Tarix: 22-03-2018, 15:00


Aparıcı Lətafət Ələkbərova ikinci dəfə ailə quracaq.
Yenicag.az-a açıqlama verən cazibədar aparıcı ilin sonuna qədər subaylığın daşını atacagını bildirib:
«Gələn Novruzu həyat yoldaşımla qarşılayacam. O bəy kimdir, bunu nişan üzüyünü barmağıma taxandan sonra açıqlayacam. Qulaq falına da çıxdım, xoş sözlər eşitdim».
L.Ələkbərova 10 yaşlı qızının da onun alə qurmasını normal qarşıladığını deyib:
«Qızım Rəna tək övladımdır, o da mənə deyir ki, ana ailəmizin böyüməsini, bacı və qardaşlarımın olmasını istəyirəm. Hətta bunu məndən tələb edir. Əgər hansısa qadının birinci ailəsi uğursuz olubsa, o demək deyil ki, ikinci dəfə bəxtini sınamamalıdır. Hər bir qadının həmişə ailəyə və ona sahib çıxan güclü bir kişiyə ehtiyacı var. Bu mənim də qadın olaraq haqqımdır».

Paylaş: