Beren o suala cavab vermədi
Tarix: 22-03-2018, 10:28


Türkiyənin məşhur aktrisası Beren Saat hamilə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o həyat yoldaşı Kənan Doğulu və dostları ilə  birgə restoranların birində axşam yeməyi yeyiblər. 4 saat davam edən yemək süfrəsindən sonra məkandan çıxan məşhur cütlük jurnalistlərin kamerasına tuş gəlib. Beren Saat hamilə olub-olmaması ilə bağlı suala gülümsəyərək cavab verib.
Qeyd edək ki, jurnalist Bilal Özcan “Seda Sayanla” proqramında Beren Saatın 3 aylıq hamilə olduğunu iddia etmişdi.






Paylaş: