Məşhur aktyora restoranda şok cavab: “3 dəfə də gəlsəniz...”
Tarix: 22-03-2018, 09:45


Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu və sevgilisi Sinəm Kobal lüks restorana buraxılmayıb.
UlduzumSan.Az yerli mətbuata istinadən xəbər verir ki, K.İmirzalıoğlu və sevgilisi restorana getmədən öncə yer sifariş vermədiyi üçün içəri daxil ola bilməyiblər.
Məşhur aktyor restoran yetkilisinə şikayətini bildərərək, “Bir daha gəldiyimdə bu cür halla qarşılaşmaq istəmirəm”,-deyib. Restoran yetkilisinin cavabı isə məşhur aktyoru şok vəziyyətinə salıb. “Bir dəfə də gəlsəniz, 3 dəfə də gəlsəniz, öncədən yer sifariş etmədiyiniz müddətcə içəri girə bilməyəcəksiniz”,-deyə restoran yetkilisi cavab verib.

Paylaş: