Tanınmış aktyor dördüncü dəfə ata olacaq
Tarix: 19-03-2018, 09:53



Aktyor Alek Bolduinlə həyat yoldaşı Hilaria Bolduin 4-cü dəfə valideyn olacaqlar.
Gununsesi.info xəbər verir ki, ən kiçik uşağı 1 yaşında olan cütlük 2012-ci ildə ailə qurub. Onların 4 yaşlı Karmen, 2 yaşlı Rafael və 1 yaşlı Leonardo adlı üç uşağı var. 59 yaşlı Alekin xanımı yoqa məşqçisidir.
Qeyd edək ki, aktyorun keçmiş arvadı Kim Besincerdən 22 yaşlı İreland Bolduin adlı bir qızı da var.

Paylaş: