Xatirə ikinci dəfə ana olmaq istəyir
Tarix: 17-03-2018, 12:30


Müğənni Xatirə İslam ikinci dəfə ana olmaq istəyir.
UlduzumSan.Az-ın məlumatına görə, sənətçi bu haqda "Bizimləsən" verilişində deyib.
Sənətçi son vaxtlar çox kökəldiyini deyib. Xatirə bildirib ki, hələ arıqlamaq haqda düşünmür:
“Arıqlamaq istəyirəm. Amma hər kəsdən üzr istəyirəm. Hələ belə bir şey yoxdur. İkinci dəfə ana olmaq istəyirəm. Ondan sonra çəki atacam. Mən yeyib-içən adamam. Ona görə kökəlirəm”.
Qeyd edək ki, Xatirə Fəxrəddin Musazadə ilə ailəlidir. Cütlüyün Emil adlı bir oğul övladı var.

Paylaş: