“Televiziyalarda qadınları qucaqlarında gəzdirirlər, öpüşürlər, lağ-lağı edirlər”
Tarix: 17-03-2018, 11:57


Televiziyalar ancaq qadının və kişi laqqırtısından ibarətdir “Televiziya rəhbərləri savadlı adamlar olmalıdır”. 

Bunu Moderator.az-a açıqlamasında sabiq deputat, nasir Xeyrəddin Qoca Azərbaycan telekanallarının hazırkı vəziyyətindən danışarkən deyib. Yazıçının fikrincə, televiziyalar ancaq qadının və kişi laqqırtısından ibarətdir: 

“Bu qədər şit və bayağı adamları bunları haradan tapırlar?! Televiziyalar xalqın ən ağrılı yeridir. Televiziyalar biabırçılıqdı, xalqa ləkədir. Mənə hər gün zəng vurub verilişlərə çağırırlar. Getmirəm. Demişəm ki, televiziyalar düzələnə qədər, verilişlərə getməyəcəm. Məsələn “Ovqat” verilişi məni dəvət edəndə, verilişə gedirəm. Çünki səviyyəli bir verilişdir. Orxan Fikrətoğlu “Gecə düşüncələri” verilişinə çağırdı, mən o verilişə getdim və hamı tərəfindən də bəyənildi. Amma indi məni çağırırlar heç bir verilişə getmirəm, axı mən şou adamı deyiləm. Verilişlər qadın və kişi laqqırtısından ibarətdir. Bunlar xalqa heç nə vermir. Verilişlərdəki ekspetlər, müzakirə edənlər də savadsızdırlar”. 

Картинки по запросу xeyrəddin qoca

X.Qoca qeyd edib ki, qırx ildir televiziyalarda eyni sözləri danışırlar: 

“Mənə televiziyalarda deyirlər ki, valideyn uşağı tərbiyə eləmir. Mən bunun əleyhinəyəm, valideyn özü tərbiyəli deyil. Dəniz qırağında öpüşən oğlan və qızların gələcəyin valideyn olacaq. Bunlar uşaqlarına necə tərbiyə verəcək?! Qırx ildir televiziyalarda eyni sözləri danışırlar. İndi də şit-şit gah “şpakat” açırlar, qadınları qucaqlarında gəzdirirlər, öpüşürlər, lağ-lağı edirlər. Nədir bu?! Belə veriliş olar? Televiziya rəhbərləri bunlara nəzarət etməlidir. Bu rəhbərlər savadlı adamlar olmalıdır. Xalqı düşünməlidirlər. Bunlar çox çətin məsələlərdir”. “Bizim millət axı Cəlil Məmmədquluzadənin millətidir. Yüz ildə bizim bir dənə kostyumumuz dəyişib. Mən bunları kitablarımda yazıram, televiziyalarda olanda deyirəm. Mən televiziyalara baxa bilmirəm. Üç ildir televiziyalardan uzağam. Mənim bu adamlarla söhbətim tutmur. Mənasız sual-cavablar edirlər”, - deyə nasir vurğulayıb.

Paylaş: