"Faiq Ağayevin həmin mahnısının mövzusu bizim layihədəkinin oxşarıdır"
Tarix: 16-03-2018, 11:23


"Faiq Ağayevin ifa etdiyi "Yenə bizdən danışırlar" adlı mahnısı mövzu olaraq mənim bir ay öncə prodüser Anar Mədətovun "Sevgililər gününə özəl" layihəsi üçün yazdığım "Hamı bizdən danışır" mahnısının oxşarıdır".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında bəstəkar-hüquqşünas Ruslan Əhmədoğlu xalq artisti Faiq Ağayevin yaxın günlərdə dinləyicilərə təqdim edəcəyi "Hamı bizdən danışır" mahnısından danışarkən səsləndirib. Bəstəkar bildirib ki, "Hamı bizdən danışır"ı müğənni Yaşar Yusubun ifa etməsi üçün bəstələyib:
"Bu bir layihə idi. Bir çox tanınmış simaların iştirakıyla videoçarx hazırlandı, sosial şəbəkələrdə piar olundu. Doğrusu, bu layihə xalq artisti Faiq Ağayev deyil, başqa bir müğənni tərəfindən təkrarlansaydı, bir hüquqşünas kimi bunu məhkəmə müstəvisində həll edərdim. Amma Anar Mədətovla belə qərara gəldik ki, söhbət Azərbaycanın xalq artisti və pop musiqi sahəsində sözünü demiş insandan gedir, ona qarşı bu addımı atmayaq, əksinə uğurlar, xeyir-dua arzulayaq. Amma mahnının söz yazarına demək istəyirəm ki, bir az diqqətli olsub. Bu dəfə Faiq Ağayevə görə məsələnin üstündən dostcasına keçdik. Amma başqası bunu etməyə də bilərdi".

Paylaş: