Aygün mədəsini kiçildib?
Tarix: 16-03-2018, 10:29


Tanınmış rejissor Kənan M.M-in müğənni xanımı Aygün Şükürovanın (Mahmudova) xeyli çəki atması müzakirələrə səbəb olub. 
“Qafqazinfo” xəbər verir ki, Aygünün qısa müddətdə arıqlaması estetik üsula əl atması barədə şayiələri daha da artırıb. İddia olunur ki, müğənni mədəkiçiltmə əməliyyatı ilə kilolarından xilas olub. 
Sənətçi instaqramda mövzu ilə bağlı verilən suallara cavab verib: “Dietoloq köməkliyi ilə arıqlayıram. Hələ pəhrizimiz davam edir. Şok nəticələr olacaq. Mədəkiçiltmə əməliyyatı etdirmək üçün gərək 100 kiloqram olasan”.





Paylaş: