Ramiz Əzizbəyli: "Bayramda çox adamın yolunu gözləyəcəyəm"
Tarix: 15-03-2018, 16:28




"Hazırda ev şəraitində müalicəmi davam etdirirəm".
Bunu “Report”a açıqlamasında Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli bildirib.
Xalq artisti hazırda özünü yaxşı hiss etdiyini deyib: "Evdə yataq şəraitində müalicə alıram. Şəkər əleyhinə iynə vurdururam”.
R.Əzizbəyli Novruz bayramını onun ziyarətinə gələnlərlə birlikdə qeyd edəcəyini söyləyib: “Bayramda çox adamın yolunu gözləyəcəyəm. Bu, sənət yoldaşlarım, yaxud əzizlərim də ola bilər. Heç kimlə küsülü deyiləm”.
Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflicdən əziyyət çəkir. O, uzun müddət İstanbulda müalicə olunub.

Paylaş: