"Həkimlər uroloji problem olduğunu dedilər"
Tarix: 15-03-2018, 12:05



Xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb.
Bu barədə AzNews.az-a məlumat verən aktyorun sözlərinə görə, martın 14-ə onun qəflətən halı pisləşib və təcili əməliyyat otağına aparılıb:
“Həkimlər uroloji problem olduğunu dedilər. Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum. İndi yaxşıyam. Əgər səhhətimdə problem yaranmasa, sabah evə buraxılacağam”.

Paylaş: