Ölən bəstəkarın son görüntülərini paylaşdı
Tarix: 13-03-2018, 12:48


Əməkdar artist Aybəniz Haşımova instaqramda dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin görüntülərini paylaşıb. “Qafqazinfo” xəbər verir ki, videoda müğənni ilə insult keçirərək həyatını itirən bəstəkarın duet oxuması əks olunub. 
Haşımova paylaşıma  “Evimizə gəldiyi son gün, son duet… Çox keçmədi, o səs tarixə çevrildi. O, məsum-məsum üzümüzə baxırdı. Əlləri ilə hansısa işarələri bildirməyə çalışırdı. Deyəndə ki, hər şey yaxşı olacaq, fikir eləmə! Yenə də əlləri ilə işarə edirdi ki, nə bilim? Tahir müəllim, düz deyirdin. Öz mahnındakı kimi- “Sən nə bildin, nə mən bildim, əzizim””- şərhini yazıb. 
Qeyd edək ki, T. Əkbər martın 2-də dünyasını dəyişib. 

VİDEO BURADA​​​

Paylaş: