Dadodan unuda bilmədiyi Natavan Həbibiyə MESAJ
Tarix: 13-03-2018, 10:50



Tanınmış reper Dado (Səid Əliyev) ayrıldığı deyilən həyat yoldaşı Natavan Həbibi ilə münasibətlərini düzəltməyə çalışır.
Publika.az xəbər verir ki, reper 8 Mart Beynəlxalq Qadınlar Günündə keçmiş həyat yoldaşını instqramda təbrik etmişdi. Müğənni isə həyat yoldaşının bu jestinə heç bir münasibət bildirməyib. Bir neçə gündən sonra Dado instaqramda paylaşdığı Natavan Həbibi ilə qucaqlaşdığı şəklini silib.
Dünən isə Dado üzərində N.Həbibinin şəkli olan fincanın fotosunu instaqramda paylaşıb və “Hər zaman və hər an” sözlərini yazaraq onu unuda bilmədiyini diqqətə çatdırmaq istəyib.
Xatırladaq ki, Natavan Həbibi şəxsi həyatı haqqında verdiyi sonuncu açıqlamasında bunları demişdi:
“Bu haqda danışmağa bir şey yoxdur. Bir dəfə demişəmsə, yenilik yoxdur, bunu təkrar-təkrar necə deyim? Lazım deyil. Nə vaxtsa, nəsə olsa, biləcəksiz. Ümumiyyətlə, çalışıram ki, həyatda heç nəyin peşmançılığını çəkməyim. Hər şeyə şükür edib, həyata davam edirəm. Həyatda ancaq gözəl şeylər yaşamırıq. Yaxşı da olur, pis də. Biz onlardan imtina edib unuda bilmərik”.





Paylaş: