Stiven Siqal Putinə səs verəcəkmi?
Tarix: 13-03-2018, 10:31


Hollivud aktyoru və Rusiya vətəndaşı olan Stiven Siqal Rusiyada keçiriləcək prezident seçkilərinə qatılmaq istəyir, lakin Arizona ştatında olduğu üçün səs verə bilməyəcək.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə aktyorun agenti Anar Reyband deyib. Agent bildirib ki, Stiven Siqal səsvermə günü Arizona ştatında olacaq və ən yaxın konsulluq və ya səfirlikdən kifayət qədər uzaq qalacaq. Belə ki, məşhur aktyor istəsə də səs verə bilməyəcək.
Qeyd edək ki, Stiven Siqal 2016-cı il noyabrın 3-də Rusiya vətəndaşı olub.
Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Paylaş: