Mədəniyyət Nazirliyindən teatra qadağa
Tarix: 13-03-2018, 10:30


Azərbaycan Dağınıq Oda Teatrı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onlara senzura qoyulduğunu bəyan edib.
 
Teatrdan Kulis.aza verilən xəbərə görə, 4 aydır onların küçə tamaşası göstərməklə bağlı müraciətinə müsbət cavab verilmir. Nazirlik məsuliyyəti Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyəti isə nazirliyin üzərinə atır.  
 
Hətta bunun üçün nazirlik mütəxəssisləri teatra da gəlib, küçə performansı üçün nəzərdə tutulan tamaşalara baxıb, onların birinin məqbul hesab olunduğunu söyləyiblər. Lakin bunun üçün Bakı meriyasına yazılı yox, şifahi razılıq verməyə hazır olduqlarını deyiblər. Meriya isə yazılı rəy tələb edir.

Paylaş: