“Fi” serialının son bölümü bu gün yayımlanacaq
Tarix: 9-03-2018, 10:13


İlk bölümündən bugünədək 21 milyondan çox tamaşaçı toplayan “Fi” serialı bu gün son bölümünü yayımlayacaq.
 
Kulis.azın verdiyi xəbərə görə, Azərbaycanda da maraqla izlənilən serial Türkiyədə ilk rəqəmsal ekran əsəri hesab olunur.
 
Sonuncu bölüm Puhutv-də yayımlanacaq. Ozan Güven, Serenay Sarıkaya, Mehmet Günsür, Berrak Tüzünataç ve Büşra Develinin baş rollarını ifa etdiyi bölümdə Duru Can Manaydan boşanacağını açıqlayır.

Paylaş: