Məşhur model Hülya Avşarı BİABIR ETDİ
Tarix: 9-03-2018, 09:48


Hülya Avşar “Star TV”-də yayımlanan "Bir Hülya Avşar söhbəti”nin son bölümündə Məmməd Aslantuğa qadınlarla bağlı dediyi sözlər kəskin reaksiyalara səbəb olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seda Sayanın “Show TV” proqramına danışan Dəniz Akkaya Hülya Avşarın açıqlamalasına belə münasibət bildirib:
"Cahil gəldi, cahil gedəcək. Nə olar ki, bu qadınla bağlı mənə sual verməyin. Mən gərginləşirəm. Qız uşaqlarına mənfi təsir edir".
Hülya Avşarın qadınlarla bağlı fikirləri sosial mediada da tənqidlərə səbəb olub. Onun "Kişi çalışsın, qadın evdə oturub uşaqlarını böyütsün, yeməyini bişirsin, ərini qarşılasın" fikrinə Məmməd Aslantuğ belə cavab verib:
"Qadın inkişaf etməlidir. Müasir mədəniyyət səviyyəsi başqa cür var olmur. Qadın evində istehsaldan çəkilib bütün gələcəyini bir adamın vicdanına, məhəbbətinə, səmimiyyətinə, günün sonunda bir gün ağlının qarışmasına və səhvlərinə buraxmamalıdır".
Tanınmış aktrisa və aparıcı qadın azadlığının məhdudlaşdırılmasına qarşı çıxmadığını qeyd edib:
"Qadın azadlığına heç bir zaman heç bir sözüm yoxdur. Evdə qadın üstünüdür, çöldə isə kişi suverenliyi olmalıdır, kişi üstünlüyünü nəzərdə tuturam, təzyiqi demirəm. Kişi suverenliyi mənə gözəl hiss verir".
Tənqidlərə məruz qalan Hülya Avşar sözlərimin arxasında olduğunu bildirib: “Hadisənin böyüməsi çarə deyil! Onsuz da nə desəm deyim 5 il sonra başa düşülürəm".

Paylaş: