Türkiyə onu itirdi...
Tarix: 9-03-2018, 09:44


Ötən həftə səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilən türkiyəli aktyor Ercan Yazqan vəfat edib.
Yenicag.az xəbər verir ki, məşhur aktyor ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Ercan Yazqan, 1946-ci ildə Sinopda doğulub. O, 1986-cı ildə çəkilən “Perihan abla” serialındakı “Sürücü İsmət” obrazı ilə məşhurlaşmışdı. Ardınca isə 1989-2002 illərdə 13 il “Bizimkilər” serialında “Qapıçı Cafer” rolunu canlandırıb.

Paylaş: