Müğənni “Yetənək Sizsiniz” yarışmasına geri dönür
Tarix: 8-07-2017, 12:54


Türkiyəli müğənni Hülya Avşar yeni mövsümdən “TV8”-də yayımlanan “Yetənək Sizsiniz” yarışmasının münsiflər kürsüsündə oturacaq.
Ulduzumsan.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda tanınmış aparıcı-prodüser, “TV8” kanalının rəhbəri Acun İlıcalı bildirib.
Eyni zamanda Acun İlıcalı Hülya Avşar üçün çox darıxdığını da deyib.
Ötən mövsum “Star TV”-də yayımlanan Hülya Avşarın “Bir Hülya Avşar Söhbəti” adlı proqramı 17 həftə ərzində ən yüksək reytinq toplayıb.
Belə ki, “Bir Hülya Avşar Söhbəti” proqramının yayımı yeni mövsümdə də davam edəcək.
Qeyd edək ki, yeni mövsümdə Hülya Avşar həm “Star TV”-də, həm də “TV8”-də verliş aparacaq.

Paylaş: